Back-end developer üzrə təcrübəçi Nigar İbrahimova

Back-end developer üzrə təcrübəçi Nigar İbrahimova


“Burada təcrübə keçməyim backend-ə başlamağıma səbəb oldu”
 

Payız təcrübə proqramının iştirakçısı Nigar İbrahimova CISCT şirkətində Back-end developer üzrə 2 ay təcrübə keçdi. O, 2 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.

Komandanın idarəçiliyindən razı qaldınız?

- Kollektivin məsuliyyətli olması idarəçiliydən razı qalmağıma səbəb oldu.

İşlədiyiniz müddətdə ən çox nədən zövq aldınız?

-
Ən çox zövq aldığım məqam kollektivin bir-biriylə olan ünsiyyəti oldu.

Gələcəkdə yenidən şirkətimizdə işləmək fürsətin olsa yenidən qayıdardın?

-
Bəli, mənim üçün iş ortamı çox önəmlidir. Və düşünürəm ki, bu iş ortamı da mənim üçün çox uyğundur.

İlk gələn Nigar ilə hal-hazırdakı Nigar arasında nə kimi fərqlər var?

-İş sürətimin artdığını düşünürəm və 0-dan back-end üzrə başlamağım mənim üçün böyük önəm kəsb edir.

Ayrıldıqdan sonra sizi əvəz edəcək birinə nə tövsiyə edərdiniz?

- Yeni təcrübəçilərə demək istərdim ki, axtarış çox etsinlər. Düzgün axtarış keyfiyyətli nəticələr verəcək.

Bu sahədə özünü zirvədə görürsənmi?

Öyrənməkdən əl çəkən deyiləm. Daha sürətli öyrənsəm bir gün o zirvədə olacağıma əminəm.

Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətlərə sahib olması lazımdır?

- İlk öncə səbirli və ən əsası da axtarış qabiliyyəti yüksək olmalıdır.

Bizimlə olduğun bu 2 ay ərzində keçirdiyin ən özəl gün?

- Ən özəl günlərim hər 5-ci gün təşkil olunan film saatları oldu. Bu günlər ağlımda həmişə xoş xatirə kimi qalacaq.



CISCT şirkəti olaraq Nigara gələcək karyerasında uğurlar diləyir, daha möhkəm addımlar atmasını arzu edirik.





 

Back-end developer üzrə təcrübəçi Nigar İbrahimova