Front-end developer üzrə təcrübəçi Nicat Bəxtiyarlı

“Bu sahədə uğur qazanmaq üçün egosuz və məqsədli olmaq lazımdır”

Payız təcrübə proqramının iştirakçısı Nicat Bəxtiyarlı  CISCT şirkətində Front-end developer üzrə 3 ay təcrübə keçdi. O, 3 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.

 

Təcrübə proqramı gözləntilərini nə dərəcədə qarşıladı?

- Gözləntilərimin üstündə olduğunu desəm yalan olmaz.
Bundan əvvəl başqa təcrübə proqramında iştirak etməmişdim və ilk təcrübəni burada yaşadım. Burada ilk dəfə həm komanda ilə birlikdə real proyektlər üzərində işlədim, həm də yeni məlumatlar öyrəndim.

Bu sahədə yeni başlayanlara nə tövsiyyə edərdin?

- Daim öz üzərində işləsinlər. İndiki dövrdə bu sahəni öyrənmək üçün mənbələr çoxdur. İstər kursa gedərək, istərsə də internetden pulsuz mənbələrdən öyrənə bilərlər. Bu da mənbə azdır və ya öyrənə bilməmək kimi bəhanələrə son qoyur.
Ən əsası işləməmişdən öncə hər hansı təcrübə proqramında iştirak etmək iş həyatına atılarkən çox yaxşı nəticə verir.

Əgər yenidən başlamaq şansın olsaydı nələri etməzdin və ya nələrə daha çox diqqət yetirərdin?

- Yenidən başlasaydım ilklərdə etdiyim səhvləri etməzdim. İlk dəfələrdə yazdığım kod ilə indi yazdığım kodu qarşılaşdıranda həqiqətən də inkişaf etdiyimi görürəm.

Təcrübə proqramı sənə nələr qatdı?

- Real iş mühitində komanda şəklində işləmək və daha çox.

Öyrəndiklərinin sənin gələcək karyeranda nələrsə qazandıracağını düşünürsən?

- Bu 3 ay ərzində özümə bir yol seçdim və bu yolda nəyi bilməliyəm, bir şeyi öyrənmək üçün necə fokuslanmaq lazımdır onu öyrəndim. Düşünürəm belə davam etsəm daha çox nailiyyətlər əldə edəcəm.

Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətlərə sahib olması lazımdır?

-Yalnız bu sahədə deyil, bütün sahələrdə uğur qazanmaq üçün eqonu kənara qoymaq lazımdır. Bir şeyi öyrəndikdən sonra “Bunu mən artıq bilirəm” demək yerinə daha çox öyrənmək lazımdır.

İlk gələn Nicat ilə hal-hazırdakı Nicat arasında nə kimi fərqlər var?

- Əvvəlkinə nisbətən indi təcrübəm olduğundan bu sahədən olan insanlarla ünsiyyətdə olduğum zaman daha ətraflı danışa bilirəm. Loru dildə desək “Ağız dolusu” danışıram.

Gələcəkdə yenidən şirkətimizdə işləmək fürsətin olsa yenidən qayıdardın?

- Əlbəttə gələrdim.

3 ay ərzində ən yadda qalan xatirə hansı oldu?

- Ən yadda qalan xatirlərimdən desəm, bir layihəyə başlarkən komanda halında işləməyimiz, hamının bir-birinə verdiyi dəstək deyərdim.

 

CISCT şirkəti olaraq Nicata gələcək karyerasında uğurlar diləyir, daha möhkəm addımlar atmasını arzu edirik.

Front-end developer üzrə təcrübəçi Nicat Bəxtiyarlı