Web developer üzrə təcrübəçi Lalə Həsənova

"Mən proqramist olmaq üçün dünyaya gəlmişəm" 

“Proqramlaşdırma” üzrə təcrübə proqramını müvəffəqiyyətlə bitirən Lalə Həsənova  CISCT şirkətində “Junior web developer” olaraq işə qəbul olundu. O, 3 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.

-Bizimlə keçirdiyin 3 ay sənə nə hisslər yaşatdı?

İlk həftəmdə tərəddüdlə yanaşsam da digər həftələrdə məndə məsuliyyət hissi yarandı, bu da məni bu kollektivin bir parçası olduğumu hiss etdirdi.

-CISCT karyeranı qurmaq üçün nə ilham verdi?


- İlk öncə onu anladım ki, əlimə aldığım bu yol mənim yolumdu və başqa bir yerdə özümü təsəvvür etmirəm. Bir yerdən başlamalı olduğumu bilirdim. Ən əsası bundan əvvəl təcrübə də olmadığım üçün bəzi cavabsız suallarım vardı. Hal-hazırda bütün cavabsız suallarıma cavab tapmışam.

-Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətlərə sahib olması lazımdır?

Güclü məntiq, alqoritmik biliklər, tez qavrama qabiliyyəti, dəqiqlik.

-Təcrübəyə gəlməmişdən öncə düşündüyün “Bu təcrübə proqramı mənim üçün yararlı olacaqmı?” sualına cavabın nədir?

Təcrübə proqramında mütləq şəkildə iştirak etmək lazımdır.
Yararlı olacağına əmin idim.

-Təcrübəçi olmaqdan ən çox nəyi bəyəndin/bəyənmədin?

Təcrübənin ən bəyəndiyim yanı hər hansı bir tapşırığı həll edən zaman çətinlik çəkəndə bilirdim ki, bu mövzunu mənə izah edən olacaq.

-Təcrübə proqramına başlayandan sonra işçi kimi qalacağını düşünürdün?

Planımda yox idi ,amma gözləyirdim.

-İşçi kimi qalacağını öyrənəndən sonra nə hisslər keçirdin və nələri hədəflədin?

Çox sevindim. Daha çox öyrənib və öyrəndiklərimi düzgün tətbiq etməyi hədəflədim.

-İşçi kimi oturacağın  masaya nə gətirəcəksiniz?

Kaktus gətirməyi düşünürəm.

-3 ay ərzində keçirdiyin ən xoş günün?

Əslinə qalsa bir gün yox, hər gün ofisə gələrkən “görəsən bu gün nə olacaq” deyə düşünərək gəlirəm. Hər günümüz maraqlı keçdi.

-Şirkətimiz üçün nələr edə biləcəyini düşünürsən?

İlkin hədəfim hal-hazırdakı mövcud layihələrə sürət baxımından dəstək verməkdir.

-Yeni təcrübəçilərə nə demək istərdin?

Növbəti təcrübəçilərə demək istərdim ki, əllərindəki fürsətdən düzgün yararlansınlar, burda keçirdikləri hər dəqiqədən doğru şəkildə istifadə etsinlər.

CISCT şirkəti olaraq Laləyə gələcək karyerasında uğurlar diləyir, bizimlə birlikdə daha gözəl işlər görməsini arzu edirik.

Web developer üzrə təcrübəçi Lalə Həsənova