CRM nədir?

CRM nədir ?

CRM termini bu gün daha çox müştəri münasibətlərinin idarə edilməsi üçün istifadə olunur. CRM, şirkətlərin mövcud və ya potensial müştəriləri ilə qurduqları əlaqəni ən səmərəli, təsirli, həlledici və ən gəlirli şəkildə qurmaq üçün istifadə etdikləri üsulları əhatə edir.

CRM kimlər üçündür ?

CRM sistemləri ən çox satışla məşğul olan bizneslər üçün istifadə olunurdu. Lakin zaman keçdikcə marketinq kimi digər xidmət sahələri üçün də əlverişli oldu. CRM müştəri məlumatlarını toplamaq və bu məlumatları təhlil edərək əlaqələri dərinləşdirmək, biznes iş proseslərini yaxşılaşdırmaq üçün daim inkişaf edir. 

Niyə şirkətlər (CRM) sistemindən istifadə edirlər?

Korporativ şirkət müştəri münasibətlərini yaxşılaşdırmaq, ünsiyyəti nəzarətdə saxlamaq, satış və marketinq axınlarını müntəzəm olaraq izləmək üçün CRM proqram təminatına üstünlük verməlidir. Bu sistemin təqdim etdiyi imkanlar hər zaman doğru hədəfə yönəlmiş korporativ şirkətdə daha aydın iş mühiti yaradacaq.

CRM şirkətlərdə hansı prosesləri təkmilləşdirir?

  • Müştərilərlə olan bütün fəaliyyətlərə vahid sistem vasitəsilə tez bir zamanda daxil ola bilərsiniz.

  • Satış və marketinqlə yanaşı, maliyyə sistemi, satış öncəsi və satış sonrası texniki xidmətlər kimi sahələrdə şirkətin iş proseslərinin daha effektiv idarə olunmasını təmin edir.

  • Satışın başlanğıcından satış və texniki xidmətin sonuna qədər bütün prosesi əhatə edən hər hansı bir satış və ya xidmət göstərən bir şirkətin təqibini təmin edir.





 

CRM nədir?