MƏXFİLİK SİYASƏTİ

Şəxsi məlumatlara tətbiq edilən bu Məxfilik siyasəti (bundan sonra - Məxfilik siyasəti) «cisct.com» domenində yerləşən İstifadəçisi tərəfindən cisct.com saytından, proqramlarından və məhsullarından istifadə zamanı İstifadəçi haqqında əldə etdiyi bütün məlumatlara şamil edilir.

1. TERMİNLƏRİN MÜƏYYƏN EDİLMƏSİ

1.1. Məxfilik siyasətindəki terminlər aşağıdakı mənanı kəsb edir:

  • 1.1.1. «cisct.com» saytının Rəhbərliyi (Bundan sonra – Sayt rəhbərliyi) — saytın idarəsinə səlahiyyəti olan, şəxsi məlumatları təşkil və ya emal edən, həmçinin şəxsi məlumatların emalının məqsədini, emal olunacaq şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla görüləcək əməliyyatları müəyyən edən işçilərdir.
  • 1.1.2. «Şəxsi məlumatlar» – müəyyən fiziki şəxsə (şəxsi məlumat subyektinə) birbaşa və ya bilavasitə aid olan istənilən informasiyadır.
  • 1.1.3. «Şəxsi məlumatların emalı» - şəxsi məlumatlarla avtomatlaşmış vasitələrlə və ya onlarsız yerinə yetirilən hər hansı şəxsi məlumatların toplanması, yazılması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənmə, dəyişmə), çıxarılması, istifadəsi, ötürülməsi (yayma, təqdim etmə, tanıtma), de-personalaşdırması, bloklaması, silməsi, məhv etməsi nəzərdə tutan istənilən əməliyyat və ya əməliyyatların cəmidir.
  • 1.1.4. «Şəxsi məlumatların məxfiliyi» – Operatorun və ya fərdi məlumatları əldə etmiş digər şəxsin fərdi məlumatların subyektinin razılığı olmadan və ya başqa bir hüquqi əsasın mövcud olmaması ilə əlaqədar onların yayılmasına icazə verilməməsi tələbinə əməl edilməsidir.
  • 1.1.5. «Layihə saytının istifadəçisi (bundan sonra – İstifadəçi) » – İnternet şəbəkəsi ilə internet-mağazanın saytına girən və ondan istifadə edən şəxsdir.
  • 1.1.6. «Cookies» – veb-serverin göndərdiyi və istifadəçinin kompüterində saxlandığı məlumatların kiçik fraqmentidir, hər dəfə müvafiq saytın səhifəsini açmağa cəhd edəndə, veb-brauzer və ya veb-müştəri həmin fraqmenti veb-serverə HTML-sorğuda göndərir.
  • 1.1.7. «IP-ünvan» – İP protokolu ilə düzənlənmiş kompüter şəbəkəsində qovşağın unikal şəbəkə ünvanıdır.

2. ÜMUMİ MÜDDƏALAR

  • 2.1. İstifadəçinin saytdan istifadə etməklə onun bu Məxfilik siyasəti və İstifadəçinin şəxsi məlumatlarının emalı şərtləri ilə razı olduğunu bildirir.
  • 2.2. Məxfilik siyasətinin şərtləri ilə razılaşmayan İstifadəçi saytdan istifadəni dayandırmalıdır.
  • 2.3. Saytın rəhbərliyi lahiyə saytının İstifadəçisinin təqdim etdiyi şəxsi məlumatların düzgünlüyünü yoxlamır.

3. MƏXFİLİK SİYASƏTİNİN MÖVZUSU

  • 3.1. Bu Məxfilik siyasəti, İstifadəçi Layihə saytında Saytın Rəhbərliyinin sorğusuna əsasən və ya təhsil məhsulu satın alma üçün sifariş edərkən təqdim etdiyi şəxsi məlumatların Saytın Rəhbərliyi tərəfindən məxfi saxlanmasına və qorunmasının təmin edilməsinə görə vəzifələrini müəyyən edir.
  • 3.2. Bu Məxfilik siyasəti çərçivəsində emala icazə verilmiş şəxsi məlumatlar İstifadəçi tərəfindən «cisct.com» layihə saytında qeydiyyat forması doldurularkən verilir və aşağıdakılardan ibarətdir:
  • 3.2.1. İstifadəçinin soyadı, adı, atasının adı; 3.2.2. İstifadəçinin əlaqə telefonu;
  • 3.2.3. Elektron poçt ünvanı (e-mail);
  • 3.2.4. İstifadəçi şəkli (avatar) və Facebook или Google+ sosial şəbəkələrdəki istifadəçi profil ünvanları;
  • 3.3. Layihə saytı reklam bloklarının baxışı prosesində və sistemin statistik skripti olan səhifələrə keçidlər zamanı avtomatik olaraq ötürülən məlumatları qoruyur: IP ünvanı; • cookies-dən informasiyanı; • brauzer haqqında informasiyanı (və ya reklamı göstərən digər proqramı); • giriş vaxtını; • reklam blokun yerləşdiyi səhifənin ünvanını; • refereri (əvvəlki səhifənin ünvanını); •
  • 3.3.2. Layihə ziyarətçilərin İP-ünvanları haqqında statistik məlumatı toplayır. Bu məlumat texniki problemlərin aradan qaldırılmasında, maliyyə ödənişlərin qanuniliyinə nəzarətdə istifadə edilir.
  • 3.4. Yuxarıda göstəriləndən əlavə istənilən şəxsi məlumat (ödənişin tarixi, istifadə edilən brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə məxfi qorunub saxlanır (bu Məxfilik siyasətinin 5.2 və 5.3 bəndlərində göstərilmiş hallar istisna olmaqla).

4. İSTİFADƏÇİNİN

ŞƏXSİ MƏLUMATLARININ TOPLANMASINDA MƏQSƏD

  • 4.1. Layihə saytının rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir:
  • 4.1.1. Layihə saytında qeydiyyatdan keçmiş İstifadəçinin identifikasıyası, «cisct.com» layihəsi ilə uzaqdan məlumat mübadiləsinin həyata keçirilməsi ilə əlaqədar alqı-satqı Müqaviləsinin bağlanması üçün;
  • 4.1.2. Saytın resurslarına İstifadəçinin girişi üçün;
  • 4.1.3. İstifadəçi ilə əks-əlaqənin yaradılması üçün, həmçinin layihə saytı ilə bağlı məlumat, İstifadəçinin sorğularının və sifarişlərinin emalı daxil olmaqla xidmətlərin göstərilməsi;
  • 4.1.4. Təhlükəsizliyin təmin edilməsi və dələduzluğun qarşısının alınması məqsədilə İstifadəçinin olduğu yeri müəyyən etmək üçün;
  • 4.1.6. İstifadəçi hesab nömrəsi yaratmasına icazə verdiyi halda, alış-veriş üçün uçot qeydinin (account) yaradılması üçün;
  • 4.1.7. Sayt İstifadəçisini sifarişlərin vəziyyəti haqqında məlumatlandırmaq üçün;
  • 4.1.8. Ödənişlərin alınması və emalı, vergilərin və ya vergi güzəştlərinin təsdiqi, ödənişə etiraz, İstifadəçinin kredit hüququnun müəyyən edilməsi üçün;
  • 4.1.9. Saytın istifadəsində yaranmış çətinliklərə görə İstifadəçiyə səmərəli müştəri və texniki dəstək göstərməsi üçün;
  • 4.1.10. İstifadəçinin razılığı ilə məhsulun yenilənməsi, xüsusi təkliflərin verilməsi, qiymətlər haqqında məlumat, yeniliklərin göndərilməsi və «cisct.com» və ya onun tərəfdaşları tərəfindən göndərilən digər məlumatlar üçün;
  • 4.1.11. İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin yerinə yetirilməsi üçün;
  • 4.1.12. İstifadəçinin Layihə tərəfdaşlarının saytlarına və servislərinə giriş imkanı və onların məhsulunun, xidmətlərinin və yeniliklərinin əldə edilməsi üçün.

5. ŞƏXSİ MƏLUMATLARIN EMAL ÜSULLARI VƏ MÜDDƏTİ

  • 5.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi heç bir məhdudiyyət olmadan, istənilən qanuni yolla, o cümlədən avtomatlaşdırma vasitələrindən istifadə edərək və ya belə vasitələrdən istifadə etmədən fərdi məlumat sistemlərində həyata keçirilir.
  • 5.2. İstifadəçi razılaşır ki, Saytın Rəhbərliyinin, İstifadəçinin şəxsi məlumatlarını yalnız «cisct.com» saytının saytında yerləşdirilmiş sifarişlərini yerinə yetirilməsi və malın çatdırılmasını təmin etmək məqsədilə, üçüncü şəxslərə, xüsusən də kuryer xidmətlərinə, poçt təşkilatlarına, rabitə operatorlarına ötürmək hüququna malikdir.
  • 5.3. İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikası qanunvericiliyinə əsasən səlahiyyətli dövlət orqanlarına ötürülə bilər.
  • 5.4. İstifadəçinin şəxsi məlumatları itirilən və ya açıqlanan zaman Saytın Rəhbərliyi bu haqda İstifadəçiyə məlumat verir.
  • 5.5. Saytın Rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarının emalında qeyri-qanuni açıqlanmasının, təsadüfi məhvinin, dəyişdirilməsinin, bloklanmasının, təkrarlanmasının, yayılmasının və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətlərinin qarşısının alınması üçün müəyyən zəruri təşkilati və texniki müdafiə tədbirləri görür.
  • 5.6. Saytın Rəhbərliyi İstifadəçi ilə birlikdə İstifadəçinin şəxsi məlumatlarının itməsi və ya açıqlanması ilə bağlı ziyanın və digər mənfi təsirlərin qarşısını almaq üçün zəruri tədbirlər görür.

6. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

  • 6.1. İstifadəçinin öhdəlikləri:
        6.1.1. Layihə saytından istifadə etmək üçün tələb olunan şəxsi məlumatları vermək;
        6.1.2. Həmin məlumat dəyişdiyi halda, onu yeniləmək, əlavələr etmək.
  • 6.2. Saytın Rəhbərliyinin öhdəlikləri:
        6.2.1. Əldə etdiyi məlumatları yalnız Məxfilik siyasətinin 4-cü bəndində göstərilmiş məqsədlər üçün istifadə etmək;
        6.2.2. Məxfi məlumatların gizliliyini qorumaq, İstifadəçinin yazılı razılığı olmadan onları açıqlamamaq, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişdirməmək, dərc etməmək, digər üsullarla yaymamaq (Məxfilik Siyasətinin 5.2 və 5.3 bəndləri istisna olmaqla);
        6.2.3. İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini təmin etmək üçün mövcud qaydalara əsasən mümkün tədbirlər görmək.
        6.2.4. Şəxsi məlumatların düzgün olmadığı, və ya qeyri-hüquqi hərəkətlər səbəbindən İstifadəçinin şəxsi məlumatlarının səlahiyyətli orqanlar tərəfindən yoxlandığı dövrdə, və ya İstifadəçinin özünün və ya nümayəndəsinin müraciətinə əsasən şəxsi məlumatını bloklamaq.

7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

  • 7.1. Öz vəzifələrini yerinə yetirməyən Saytın Rəhbərliyi istifadəçinin şəxsi məlumatlarının qeyri-qanuni istifadəsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən (bu məxfilik siyasətinin 5.2, 5.3 və 7.2 bəndləri istisna olmaqla) İstifadəçiyə dəymiş ziyana görə məsuliyyət daşıyır.
  • 7.2. Məxfi şəxsi məlumatların itirilməsi və ya açıqlanması halında Sayt Rəhbərliyi aşağıdakı hallarda məsuliyyət daşımır: 7.2.1. Əgər məxfi şəxsi məlumat onun itirilməsindən və ya açıqlanmasından əvvəl içtimayətə məlum olubsa;
        7.2.2. Əgər məxfi şəxsi məlumat Saytın Rəhbərliyinə verilməzdən əvvəl üçüncü şəxslər tərəfindən əldə edilmişdirsə;
        7.2.3. Əgər məxfi şəxsi məlumat İstifadəçinin razılığı ilə açıqlanmışdırsa.

8. MÜBAHİSƏLƏRİN HƏLLİ

  • 8.1. Sayt İstifadəçisi ilə Saytın Rəhbərliyi arasında mübahisələrlə əlaqəli şikayətlə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin qarşılıqlı anlaşma yolu ilə həlli üçün yazılı təklifin təqdim edilməsi zəruridir.
  • 8.2. Şikayəti alan, şikayət daxil olandan 30 təqvim günü ərzində şikayətçiyə yazılı şəkildə görülmüş tədbirlər haqqında məlumat verməlidir.
  • 8.3. Razılığa gəlinmədiyi halda, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən mübahisə məhkəmə yolu ilə həll oluna bilər.
  • 8.4. Bu Məxfilik siyasətinə və İstifadəçi ilə Sayt Rəhbərliyi arasında münasibətlərin tənzimlənməsinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi şamil edilir.

9. ƏLAVƏ ŞƏRTLƏR

  • 9.1. Sayt Rəhbərliyi bu Məxfilik siyasətinə İstifadəçinin razılıqı olmadan dəyişikliklərin edilməsi hüququna malikdir.
  • 9.2. Yeni Məxfilik siyasəti əgər başqa şərt yeni redaksiyada nəzərdə tutulmayıbsa layihə saytında yerləşdirilməsi anından qüvvəyə minir.
  • 9.3. Bu Məxfilik siyasəti ilə əlaqəli bütün təkliflər və suallar ilə bağlı [email protected] email ünvanına müraciət edilməlidir.
  • 9.4. Qüvvədə olan Məxfilik siyasəti http://cisct.com/en/terms-and-conditions səhifəsində yerləşdirilmişdir.

ÖDƏNİŞLƏRLƏ BAĞLI ƏMƏLİYYAT

  • 1. Ödənişlər. Bank kartı ilə onlayn ödəmə xidmətindən istifadə edərək, Visa və ya Mastercard bank kartı ilə ödəmələrinizi cisct.com həyata keçirə bilərsiniz. Seçilmiş xidməti təsdiqlədikdən sonra bank kartınızın məlumatlarını daxil etməyiniz üçün etibarlı şəkildə qorunan Azericard prosessinq mərkəzinin ödəniş səhifəsi açılacaqdır. Əlavə kart sahibinin identifikasiyası üçün 3D Secure protokolu istifadə oluna bilər. Əgər bankınız bu texnologiyanı dəstəkləyirsə, əlavə identifikasiya üçün onun serverinə yönləndiriləcəksiniz. Digər identifikasiya qaydaları və üsulları haqqında əlavə məlumat üçün bank kartını vermiş Bankdan dəqiqləşdirin.
  • 2. Təhlükəsizlik zəmanəti Məlumat SSL şifrələmə texnologiyasından istifadə edərək ödəmə şlüzünə ötürülür. Əlavə məlumat ötürülməsi ən yüksək etibarlılığa malik olan qapalı bank şəbəkələri vasitəsilə həyata keçirilir. cisct.com kart məlumatlarınızı bizə və digər üçüncü tərəflərə ötürmür. Kart sahibinin əlavə identifikasiyası üçün 3D Secure protokolu istifadə olunur. Ödənişlə bağlı əlavə suallarınız varsa, [email protected] elektron poçt vasitəsi ilə ödəniş xidmətinin müştəri dəstək şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.
  • 3. Onlayn ödəmə təhlükəsizliyi Təqdim etdiyiniz şəxsi məlumatlar (ad, ünvan, telefon, e-poçt, bank kartı nömrəsi) gizlidir və açıqlanmayacaqdır. Bank kartınız haqqında məlumat yalnız şifrəli formada ötürülür və Veb serverimizdə saxlanılmır. İnternet ödənişlərinin emalı üzrə təhlükəsizliyi Azericard tərəfindən təmin edilir. Ödəniş kartları ilə bütün əməliyyatlar VISA International, MasterCard və digər ödəniş sistemlərinin tələblərinə uyğun olaraq baş verir. Məlumat ötürüldükdə, onlayn kart ödəmələri üçün xüsusi təhlükəsizlik texnologiyaları istifadə olunur, məlumatların emalı prosessinq şirkətinin etibarlı yüksək texnologiyalı serverində aparılır.