Front-end developer üzrə təcrübəçi Səbinə Qəniyeva

“Mən proqramlaşdırmaya burda başladım”

Gənclərin iş həyatlarında ilk addım atmalarına dəstək olmaq üçün keçirdiyimiz “Front-end developer üzrə yay təcrübə proqramı”nın ilk təçrübəçisi Səbinə Qəniyevanı sizə təqdim edirik. O, 3 ay çərçivəsində keçirdiyi hissləri bizə danışdı.

-Səbinə, təcrübəyə gəldiyin ilk gün ilə bugün arasında fərqi necə izah edə bilərsən?


- İlk gəldiyim gündən xoş qarşılanmam və kollektivin mehribanlığı məni daha çox öyrənməyə həvəsləndirdi, və ən əsası mən burda təcrübə keçərkən özümdə böyük məsuliyyət hiss edirdim. Düşünürəm ki, bu məsuliyyət məni öyrədən insanların təcrübə proqramına göstərdiyi diqqətdən qaynağlanırdı. Suallarımın cavabsız qalmadığı bir 3 ay keçirdim.

-Öyrəndiklərinin sənin gələcək karyeranda nələrsə qazandıracağını düşünürsən?

-Mən öyrənməyə burda başladım. Burda öyrəndiklərimdən sonra düşündüm ki, əslində bu təcrübə proqramında iştirak etməyim mənim üçün ən böyük şans idi.

- Növbəti aylarda keçirəcəyimiz təcrübə proqramlarını bir yaxınına tövsiyə edərsən?

- Artıq etmişəm.

- CISCT-i xatırlarkən ən yadda qalan günün hansıdı desələr?

-Ən yadda qalan gün deməzdim, ən yadda qalan günlərim deyərdim. Çünki 3 ay ərzində keçirdiyimiz doğum günləri və özəl anlar mənim düşüncəmdə hər zaman dəyərli olaraq qalacaq.

- Növbəti təcrübə proqramlarına gələnlərə nə demək istərdin?

- İlk öncə bunu demək istərdimki, suallarınız olduqca çəkinmədən verin və qeydlər çox aparın. Bir az öncə dediyim kimi bu təcrübə proqrama göstərilən diqqətdən düzgün şəkildə yararlanın.


CISCT şirkəti olaraq Səbinəyə gələcək karyerasında uğurlar diləyir, daha möhkəm addımlar atmasını arzu edirik.

 

Front-end developer üzrə təcrübəçi Səbinə Qəniyeva