Sosial Media Menecer üzrə təcrübəçi Səid Məmmədli
Sosial Media Menecer üzrə təcrübə proqramını müvəffəqiyyətlə bitirən Səid Məmmədli CISCT şirkətində “Junior Sosial Media Menecer” olaraq işə qəbul olundu. O, 3 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.
Digital marketing sahəsi üzrə kariyeramın ilk addımını burda atdım.
Bizimlə keçirdiyin 3 ay sənə nə hisslər yaşatdı?
-Təcrübə müddəti ərzində şirkət daxilində sosial media meneceri hansı işləri görür, proseslər necə gedir və komanda daxilinda işləməyi öyrəndim. Həm sosial media sahəsində biliklərimi artırdım , həm də gələcəkdə xatırlaya biləcəyim xoş xatirələr yaşadım.
Yeni başladığın bu sahədə CISCT karyeranı qurmağ üçün nə ilham verdi?
- Kariyeramı dəyişib, digital marketing sahəsində davam etmək qərarına gəldim və bu sahə ilə bağlı kursu bitirdikdən sonra aktiv şəkildə təcrübə proqramlarını izlədim. Sizin LinkedIn platformasında paylaşdığınız SMM təcrübə proqramını gördüm, CISCT şirkəti haqqında biraz araşdırma etdim.Istər etdiyiniz işlərin keyfiyyəti olsun, istərsə də idarə etdiyiniz layihələr mənə tez bir zamanda qərara gəlməyimə kömək etdi. Müsahibədən uğurlu şəkildə keçdim və digital marketing sahəsi üzrə kariyerama ilk addımı atdım.
Təcrübəçi olmaqdan ən çox nəyi bəyəndin/bəyənmədin?
-Ən çox bəyəndiyim rahat iş ortamı və kollektivin olması idi. Hər hansı problem olan zaman onu rahat şəkildə deyə bilirdim. Bəyənmədim bir şey olmadı.
3 ay ərzində özündə nə kimi inkişaflar gördün?
-İlk başlarda Sosial media idarəçiliyi ilə bağlı məlumatlarım limitli idi. Bu 3 ay ərzində sosial mediada hesabların idarəsi olsun, reklam verən zaman nələrə diqqət yetirmək lazımdır və s. kimi məlumatlar öyrəndim. 3 ay sonunda artıq işləri daha rahat şəkildə idarə edə bilirəm.
Bu sahənin çətin və asan yönləri nələrdir?
-Fikrimcə çətin yönləri müştərilərin tez-tez fikir dəyişiklik halı, gözlənilməyən zamanlarda müştərilərdən gələn istək, paylaşılan postun dizayn tərəfdən bəyənilməməsi kimi problemlər ola bilər. Asan yönü istənilən yerdən işləmə imkanı. Yəni, işləmək üçün ofisə ehtiyac olmaması.
Bu sahədə yeni başlayanlara nə kimi məsləhətlər verərdin?
-İlk nəzəri bilikləri əldə etdikdən sonra tez bir şəkildə praktikaya başlasınlar. Bu sahədə mənbələr kifayət qədər çoxdur. Müəyyən səviyyə çatdıqdan sonra təcrübə proqramlarına müraciət etsinlər və komanda şəklində işləməyi öyrənsinlər.
Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətə sahib olması lazımdır?
-Bu sahədə işləyənlər üçün ən vacib xüsusiyyət araşdırma qabiliyyətinin olmasıdır. Çünki, bu sahədə məlumatlar tez bir şəkildə öz etibarlılığını itirə bilir, ona görədə daim trendləri izləmək, daim araşdırıb yeni məlumatlar əldə etmək lazımdır.
Karyeran üçün irəlidə planların nələrdir?
-İlk öncə sosial media sahəsi üzrə biliklərimi təkmilləşdirmək, yeni maraqlı layihələr üzərində işləmək. Və müəyyən təcrübə əldə etdikdən sonra gələcəkdə rəqəmsal marketinq sahəsinə keçmək.
İşci kimi qalacağını öyrənəndən sonra nə hisslər keçirdin və nələri hədəflədin?
-Əlbəttəki sevindim, 3 ay ərzində əziyyətimin nəticəsi boş qalmadı və sonda burda işə qəbul oldum. Bu mənim marketinq sahəsinə ilk addımım oldu və ilk addımlar həmişə yadda qalan olur. Hədəflərim isə maraqlı layilərdə işləyərək sahə ilə bağlı bilik və təcrübələrimi artırmaqdır.
3 ay ərzində sənə ən xoş təəsürat bağışlayan an hansı oldu?
-Çox xatirələr oldu, amma ən xoş təəssürat işə qəbul olduğum xəbərini aldığım gün oldu.
CISCT şirkəti olaraq Səidə gələcək karyerasında uğurlar diləyir, bizimlə birlikdə daha gözəl işlər görməsini arzu edirik.