Təcrübəçimizin karyera yolu #1

"Çox xoşbəxtəm ki, CISCT-də təcrübə keçmək şansı əldə etdim"

Payız təcrübə proqramının keçmiş Back-end developer təcrübəçisi Nigar İbrahimova CISCT şirkətində qonaq oldu. Nigar İbrahimova CISCT şirkətində keçdiyi təcrübə proqramından sonra karyerasında qazandığı uğurları bizimlə bölüşdü.

 

CISCT-lə başladığın bu yol sənə nə kimi uğurlar qazandırdı?

- ilk dəfə idi ki, real iş şəraitində idim və planlı şəkildə işləməyi öyrəndim. İş yoldaşlarımdan işimlə bağlı bir çox qısa yollar, taktikalar öyrəndim və burada qazandığım təcrübə işimdə nailiyyətlər qazanmağıma səbəb oldu.

 

CISCT-dəki təcrübə müddətin bitdikdən sonra nələr etdin?

- Back-end bacarıqlarımı daha da inkişaf etdirdim. Front-end üzrə də davam etməyə çalışdım. Buradakı təcrübə müddətini bitirdikdən sonra da özümü daim inkişaf etdirdim.

 

İş həyatında nə kimi yeniliklər oldu?

- Əvvəl kollektiv olan yerlərdə çəkingən idim. İndi isə tamamilə dəyişmişəm. Artıq kollektivlə daha yaxşı münasibətlərim var və cəmiyyətə qarşı açıq insana çevrilmişəm. Hal-hazırda Bank Respublikada Front-end developer olaraq çalışıram. 


Təcrübəçi olmağı tövsiyyə edirsən?

- İlk olaraq təcrübə proqramlarına CV göndərən yoldaşlara demək istəyirəm ki, CV-niz  maraqlı olmalı, işə götürənləri cəlb etməlidir. İlkin mərhələni keçdikdən sonra, müsahibə zamanı özündən əminlik olmalıdır və müsahibə götürənlərə özünü sərbəst şəkildə təqdim etmək lazımdır. Artıq təcrübəçi kimi qəbul olduqdan sonra deyilənləri öyrənməyə həvəsli, çox araşdırmalı, məlumatları analiz etməyə maraqlı olmalıdır.

 

CISCT dedikdə ağlına nə gəlir?

CISCT dedikdə ağlıma heç vaxt tanışlığım olmadığı Back-end, GİT, PHP, MySQL kimi proqramlarda işləməyi öyrənməyim gəlir. Eyni zamanda daha öncə heç bilmədiyim Click-up proqramı ilə də tanış oldum.

 

CISCT şirkəti olaraq təcrübəçimiz Nigara uğurlar arzulayır və iş həyatında yeni uğurlara imza atmasını, daha da yüksək vəzifələrdə çalışmasını diləyirik. 

Təcrübəçimizin karyera yolu #1