Kontent menecer üzrə təcrübəçi
“Burada təcrübə keçməyim mənim bir daha Digital marketing sahəsinə olan marağımı artırdı”
Yaz təcrübə proqramının iştirakçısı Arzu Cəfərova CISCT şirkətində “Kontent menecer” üzrə 3 ay təcrübə keçdi. O, 3 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.
Bizimlə keçirdiyin 3 ay sənə nə hisslər yaşatdı?
-Bura mənim ilk iş yerim deyil amma ilk təcrübə proqramımdır. Burada olmaq mənə xoş hisslər yaşatdı və işimlə bağlı çox şey öyrətdi. Ən əsası real işlərlə təcrübə keçdim.
CISCT karyeranı qurmağ üçün nə ilham verdi?
-Bu sahəyə kontent meneceri kimi başlasamda hədəfim digital marketinqdir. Digital marketoloq olmaq üçün ən çox CISCT şirkətində real iş ortamını gördükdən və bu sahənin dərinliyinə getdikcə, maraqlı məlumatlar öyrəndikdən sonra ilhamlandım. Hədəfimə çatmaq üçün bu yolda əlimdən gələni edəcəm.
Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətlərə sahib olması lazımdır?
-Təkcə bu sahədə deyil, hər bir sahədə uğur qazanmaq üçün daim öz üzərində çalışmalı, özünü inkişaf etdirməli, işi ilə bağlı hər bir şeyi araşdırmalı, daim axtarışda olmalı, yeniliklərə açıq olmalı və bunu işinə tətbiq etməlidir.
Uzun müddətli hədəflərin nələrdir?
-Sosial media sahəsində özümü daha da inkişaf etdirib təkmilləşdirdikdən sonra digital marketinq sahəsinə keçmək və özümü bu yolda daim inkişaf etdirmək.
Təcrübəçi olmaqdan ən çox nəyi bəyəndin/bəyənmədin?
-Təcrübəçi olmağın ən yaxşı tərəfi bilmədiyin bir şey olduqda onu rahatlıqla soruşa və ətraflı şəkildə hər şeyi öyrənə bilirsən. Bəyənmədiyin bir şey olmadı.
CISCT-i xatırlarkən ən yadda qalan günün hansıdı desələr?
-Ən yadda qalan günlərim qalmağı çox istəyib hər dəfə qala bilməsəmdə film günləri idi. Ən əyləncəlisi isə film seçərkən film janrlarına verilən səslər idi.
Yeni təcrübəçilərə nə demək istərdin?
-Kursu bitirdikdən sonra mütləq şəkildə təcrübə proqramlarına müraciət etsinlər. Bir-başa işə başlamaq o qədər də effektiv deyil və real işlərlə bağlı bilmədiyin bir çox şey olur. Bundan əlavə insanın müəyyən qədər özgüvən problemləri və qorxuları olur, bu düşüncələrdən daşınmağın ən yaxşı yolu təcrübə proqramlarına qatılmaqdır.
CISCT şirkəti olaraq Arzuya gələcək karyerasında uğurlar diləyir, daha möhkəm addımlar atmasını arzu edirik.